Adam.az
   A  B  C  Ç  D  E  Ə  F  G  H  X  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T  U  Ü  V  Y  Z                     Hazırda saytda   nəfər haqqında məlumat var
         Siyasət, idarəetmə
         Elm, təhsil, səhiyyə
         KİV, internet
         Biznes, QHT, özəl sektor
         Mədəniyyət, incəsənət
         İdman, hərb işi
         Dini qurumlar
         Şəxsiyyətlər
         Məşhur soylar

   
         Keçidlər
         Reklam
         Sizin bioqrafiyanız
         Bayramlar əlamətdar günlər
         Ədəbi cərəyanlar

         

"Milli Net"2009
"Qeyri-kommersiya" nominasiyası üzrə

         

"NETTY 2010"
"Cəmiyyət" nominasiyası üzrə




Bir inci saflığı varsa da suda, artıq içildikdə dərd verir o da-Nizami        Kəssə hər kim tökülən qan izini, qurtaran dəxi odur yer üzünü-Hüseyn Cavid        Həyatı mənaya mindirən bir şey varsa, o da onun mənasızlığını dərk etməkdir-Alber Kamyu       

Lütfi Məmmədbəyov
geri   

Məmmədbəyov Lütfi Şahbaz oğlu 6 fevral 1927-ci ildə Ağdaş rayonunda anadan olmuşdur.

1997 - Azərbaycan xalq artisti, quruluşçu rejissor, «Qızıl dərviş» mükafatı laureatı

Bakıdakı 29 saylı orta məktəbdə və Teatr texnikumunda (1943 - 1947) təhsil alıb. 1966-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsində SSRİ xalq artisti, professor Mehdi Məmmədovun rejissorluq kursunu bitirib.

Tələbəlik illərindən başlayaraq, Musiqili Komediya Teatrında, Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyət göstərib. 1961-ci ildən Akademik Milli Dram Tetrında aktyor və quruluşçu rejissor kimi çalışıb. Onun yaratdığı rollardan Neznamov («Günahsız müqəssirlər», A. Ostrovski), Sadıq və Mürşüd («Xoşbəxtlər», S. Rəhman), Surxay («Toy», S. Rəhman) və başqalarını göstərmək olar.

L. Məmmədbəyov həmçinin Milli Dram Teatrında «Çarəsiz dələduz» (R. Viviani), «Məhəbbət yaşadır», «Qisas qiyamətə qalmaz» (N. Hacızadə), «Əcəb işə düzdük» (Ş. Qurbanov), «Bağ qonşuları» (H. Vahid) və s. tamaşalarının quruluşçu rejissoru olmuşdur.

Eyni zamanda, L. Məmmədbəyov televiziyada altmışdan çox tamaşa hazırlayıb: «Kəllə» (N. Vinner), «Balaca şahzadə» (Ekzüperi), «Polkovnik Şater» (O. Balzak), «Tufan» (A. Moravi), «Son yarpaq» (O. Henri), «Alov» (M. Hüseynzadə), «Göz həkimi» ( İ. Səfərli), «Atayevlər ailəsi» (İ. Əfəndiyev), «Kimdir müqəssir», «Vicdan» (B. Vahabzadə), «Qırmızı yaylıqlı qovağım mənim», «Köşək gözlü», «Ana tarlası» (Ç. Aytmatov) və s. Çoxseriyalı «Yad qızı» və «İtgin gəlin» telefilmlərini çəkmişdir.

1953-cü ildən 26-lar Mədəniyyət sarayında Xalq teatrına rəhbərlik edən L. Məmmədbəyov onlarla gənc aktyoru sənətə gətirmişdir. Hələ sağlığından bu xalq teatrı Lütfi Məmmədbəyovun adını daşıyır. L. Məmmədbəyov həm də Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin professoru olmuşdur, teatr və kino sahəsində xidmətlərinə görə orden və medallarla təltif edilmişdir.

Lütfi Məmmədbəyov 1 fevral 2004-cü ildə Bakıda vəfat etmişdir.

Mənbə: Azərbaycan tarixinin canlı səslərindən




    
  
       Əsas səhifə
       Bütün adamlar
       Yeni adam
       Haqqımızda
       Saytda axtar
       Bizə qoşul!
       Tanıdınızmı?


Bu adam kimdir?

Qurban Pirimov
Fikrət Əmirov
Sadıqcan
Tanımıram
       Son əlavələr
       Statistika




Spacer
Spacer
   COPYRIGHT © 2010, ADAM.az
   Email: mail@adam.az
   Saytın hazırlanması : www.proqres.com

Spacer