|
 |
 |
 |
|
 |
 |
 |
 |
|
 |
 |
|
 |
Çingiz Sadıqov
 Azərbaycanın xalq artisti Çingiz Hacı oğlu Sadıqov 5 aprel 1929-cu ildə anadan olub. Məşhur Azərbaycan müğənniləri Rəşid Behbudov, Bülbül, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalarla işləyib, onları royalda müşayiət edib. 1994-cü ildən ABŞ-da San Fransisko şəhərində yaşayır. Çingiz Sadıxov ABŞ-ın bir sıra şəhərlərində, Kanadada konsertlərlə çıxış edib. Azərbaycanın tanınmış musiqiçisini 80 illik yubileyi münasibətilə ABŞ Konqresinin keçmiş spikeri Nensi Pelozi Çingiz Sadıxova təbrik məktubu göndərmişdir.Amerikanın 40-ya yaxın şəhərində konsertləri təşkil olunmuşdur...
Hacı İsmayılov
İsmayılov Hacı Məcid oğlu 22 yanvar 1944-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sumqayıt Dövlət Dram Teatrına Hacı İsmayılov aktyor işləməyə dəvət aldı və 1968-ci il sentyabr ayının 2-də gənc truppaya daxil oldu. Bu teatrda M.F. Axundovun «Müsyö Jordan və dərviş Məstəlişah» komediyası göstərildi və H. İsmayılov məharətlə dərviş Məstəlişah rolunu ifa etmişdi. Bundan sonra C. Patrikin «Qəribə missis Səvic» dramında Ceffi, A.Papayanın «Bəli, dünya...
Nərmin Tahirzadə
Nərmin Tahirzadə uzunsürən xəstəlikdən sonra 17 yanvar 2012-ci ildə vəfat etdi. 1973-cü ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Tahirzadə Nərmin Abdulla qızı 13 avqust 1921-ci ildə İstanbul şəhərində anadan olub. Atası - ozamankı Şəki qəzasının Xaçmaz kəndindən olan Tahirzadə Abdulla Mabud oğlu həmin vaxt İstanbul universitetində təhsil alırdı. Abdulla Tahirzadə 1923-cü ildə təhsilini bitirərək Bakıya dönüb. Üç yaşlı Nərmin isə Azərbaycana bir il sonra - 1924-cü ildə anası ilə birgə gəlib. İxtisasca müəllim olan valideynləri Bakının ali və orta məktəblərində dərs deyib. Atası 1978-ci, anası isə 1987-ci ildə vəfat edib.Nərmin xanım 1961-ci ildən 1987-ci ilədək...
Afat Qurbanov
 Afat Məhəmməd oğlu Qurbanov 10 yanvar 1929-cu ildə Ermənistan Respublikası, Kalinino rayonu, Qızıl Şəfəq kəndində anadan olmuşdur. 1944-cü ildə Dağ İlməzli orta məktəbini bitirmiş və öz kəndlərində müəllimliyə başlamışdır. 1948-ci ildə Tbilisi şəhərində ikiillik müəllimlər İnstitutunu bitirmiş, bir il sonra isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və Ədəbiyyat fakültəsinə daxil olmuşdur. 1955-ci ildə A.S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutuna müəllimliyə göndərilmişdir. Bir il orada müəllim işlədikdən sonra elmə olan həvəsi onu yenidən Bakıya... gətirmiş, APİ-nin aspiranturasına qəbul edilmişdir.
|
|
|
 |
|
|
|  |
COPYRIGHT © 2008-2012, ADAM.az
Email: mail@adam.az
Saytın hazırlanması : www.proqres.com
|
 |
| |